“Çelsi”nin yayda 46 milyon avro qarşılığında "Mançester Yunayted"dən transfer etdiyi Alexandro Qarnaço London klubuna keçidi ilə bağlı fikirlərini bölüşüb.
Apasport.az xəbər verir ki, argentinalı futbolçu bu addımı atmağın onun üçün çətin olmadığını bildirib.
“Bura futbolumu oynamaq və insanlara hansı futbolçu olduğumu göstərmək üçün gəlmişəm. Həyatda bəzən irəliyə doğru addım atmaq üçün dəyişiklik etmək lazımdır. Mən irəliyə addım atdım. Bu baxımdan “Çelsi” həyatımda ən doğru klub və bura keçidim də ən doğru an idi".
Qeyd edək ki, 2025-2026 mövsümündə Qarnaço "zadəganlar"ın heyətində çıxdığı 14 rəsmi oyunda 2 qol və 2 asistlə yadda qalıb. Onun komandası bu gecə Çempionlar Liqası çərçivəsində səfərdə "Atalanta"nın qonağı olacaq.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi