[b]“Qarşımızda çox yaxşı komanda var idi” – Zaqreb “Dinamo”sunun baş məşqçisi [/b]
29.06.2018 - 10:20
[b]“Qarşımızda çox yaxşı komanda var idi” – Zaqreb “Dinamo”sunun baş məşqçisi
[/b]

“Mövsümlərarası fasilənin ən çətin hazırlıq dövrünü keçirik. Çünki ilk həftə ilə müqayisədə daha intensiv çalışırıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Zaqreb “Dinamo”sunun baş məşqçisi Nenad Byelitsa deyib.

 

Xorvat mütəxəssis “Qəbələ” ilə yoxlama oyunu barədə fikirlərini açıqlayıb. O, komandasının 2:0 hesablı qələbəsindən razı qaldığını bildirib: “Bütün oyunçuların matçda iştirakı çox yaxşı oldu. Qarşılaşmanın özü də gözəl alındı. Ən önəmlisi odu ki, yaxşı çalışdıq və görüşü zədəsiz başa vurduq. Əlbəttə ki, qalib gəlmək xoşdu və əhval-ruhiyyəni qaldırmaq baxımından yaxşıdı. Qarşımızda çox yaxşı komanda var idi. Lakin biz gözəl oyun nümayiş etdirib, çox qol imkanları yaratdıq, özümüz isə səhv etmədik. Bu matçda hər şeydən razı qaldım. Əla komandamız var”.