Qavinin dönüş tarixi bəlli olub
05.10.2024 - 15:46
Qavinin dönüş tarixi bəlli olub

"Barselona"nın yarımmüdafiəçisi Qavi zədədən sonra bu ay ilk matçına çıxa bilər.

Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, 21 yaşlı oyunçu bu ayın sonuna qədər meydana çıxmağa hazır olacaq.

Sentyabrda yarımmüdafiəçi ümumi qrupla məşqləri bərpa edib və tezliklə matçda iştirak edə biləcək.

Xatırladaq ki, futbolçu ötən ilin noyabrında AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində İspaniya və Gürcüstan milli komandaları arasında keçirilən matçda zədələnmişdi.

Qeyd edək ki, Hans-Diter Flikin komandası 6 oktyabrda "Alaves"lə üz-üzə gələcək. Beynəlxalq fasilədən sonra "blauqrana" "Sevilya" (20 oktyabr), "Bavariya" (23 oktyabr) və "Real Madrid"lə (26 oktyabr) qarşılaşacaq.

0