İyunun 20-dən Sloveniyada təlim-məşq toplanışında olan “Qəbələ” sabah ilk yoxlama oyununa çıxacaq. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, səfər öncəsi Bakıda MOİK-lə matçda (1:1) qüvvəsini sınayan “qırmızı-qaralar” mövsümlərarası fasilədə ilk beynəlxalq görüşünü keçirəcək.
Sənan Qurbanovun baş məşqçisi olduğu komanda Albaniyanın “Kukesi” klubu ilə görüşəcək. Matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Bu oyun “Qəbələ”nin Sloveniyada ümumilikdə 10-cu qarşılaşmasıdı. 2012-ci və 2014-cü illərdə də yay təlim-məşq toplanışını bu ölkədə keçirən “qırmızı-qaralar” ümumilikdə 8 yoxlama oyununda qüvvəsini sınayıb. Komandanın Sloveniyadakı daha bir oyunu UEFA Avropa Liqasının “Maribor”la duelinə təsadüf edib.
“Qəbələ” Albaniya təmsilçisi ilə indiyədək 1 yoxlama oyunu keçirib. 2017-ci ilin qışında Türkiyə toplanışında olan “qırmızı-qaralar” “Partizani” ilə üz-üzə gəlib. Yoxlama matçında albaniyalılar qalib gəlib – 2:1.
Qeyd edək ki, “Qəbələ”nin hücumçusu Rauf Əliyevin son klubu məhz “Kukesi” olub. O, ötən mövsümün ilk yarısında çıxış etdiyi komandada keçirdiyi 17 matçda 4 qol vurub.
- Kloppla birlikdə Saneyə milli qapısı bağlanır
- Ölkələr açıqlandı: 2028 və 2029-cu illərin avrokubok finalları bu stadionlarda
- Pepedən De Paula sərt sözlər: “Bizim dövrümüzdə oynasaydı...”
- Boliviyada şok haidsə: “3 qol burax, yoxsa ailəni öldürəcəyik”
- Ruben Neveşə qarşı Jota təxribatı: Federasiya açıqlama yaydı