Yeni mövsümün hazırlıqlarını Sloveniyada davam etdirən “Qəbələ” bu gün ikinci yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” Xorvatiyanın “Dinamo” klubu ilə qarşılaşıb.
Zaqreb təmsilçisi ilə görüş Murska Sobota şəhərinin “Mura” stadionunda baş tutub. Qarşılaşmanın taleyi ikinci hissədə həll olunub. İki qol vuran xorvatiyalılar 2:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, “Qəbələ” ilk yoxlama oyununda Albaniyanın “Kukesi” klubu ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.
Hazırlıq oyunu
28 iyun
“Qəbələ” (Azərbaycan) – “Dinamo” (Zaqreb, Xorvatiya) - 0:2
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 27. Bəhlul Mustafazadə, 33. Təmkin Xəlilzadə, 34. Ürfan Abbasov, 4. Elvin Camalov, 88. Sabien Lilay, 11. Asif Məmmədov, 7. Roman Hüseynov,28. Stiven Monroz, 10. Rauf Əliyev
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 35. Murad Popov, 5. Rasim Ramaldanov, 8. Qismət Alıyev, 18. İlqar Qurbanov, 26. Faiq Hacıyev, 29. Hacıağa Hacıyev, 32. Amin Seydiyev, 89. Abbas Ağazadə
Baş məşqçi: Sənan Qurbanov