[b]“Qəbələ” Polşa klubu ilə qarşılaşacaq[/b]
27.06.2018 - 13:45
Sloveniyada təlim-məşq toplanışında olan “Qəbələ” “Krakoviya” ilə yoxlama görüşü keçirəcək. Apasport.az xəbər verir ki, bu barədə Polşa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilir ki, Krakov təmsilçisi 4 yoxlama görüşü keçirəcək ki, onlardan birində rəqib “Qəbələ” olacaq. Komandalar arasındakı oyun iyulun 4-də baş tutacaq. Polşalılar eyni zamanda “Partizan”, “Maribor” və Zaqreb “Dinamo”su ilə matçda da qüvvəsini sınayacaq.
Qeyd edək ki, “Qəbələ” Sloveniyadakı ilk sınaq qarşılaşmasında Albaniya klubu “Kukesi” ilə heç-heçə edib – 1:1.
0
0