[b]“Qəbələ”nin rəqibində portuqaliyalı hücumçu[/b]
28.06.2018 - 15:51
“Qəbələ”nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi “Proqres” transfer çalışmalarını davam etdirir. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, Lüksemburq təmsilçisi hücum xəttini gücləndirib.
Niderkornlular Kipr “Olimpiakos”unun forvardı Romeu Torresi heyətə cəlb edib. Portuqaliyalı oyunçu yeni klubunda ictimaiyyətə təqdim olunub. Onun Nikosia təmsilçisi ilə müqavilə müddəti başa çatdığından, “Proqres”ə azad agent kimi keçib.
Qeyd edək ki, “Qəbələ” ilə “Proqres” arasında ilk oyun iyulun 12-də Qəbələdə, 19-da isə Differdanjda baş tutacaq.
0
0