[b]“Qəbələ”nin rəqibindən 6-cı transfer[/b]
26.06.2018 - 00:45
[b]“Qəbələ”nin rəqibindən 6-cı transfer[/b]

UEFA Avropa Liqasının ilk turunda “Qəbələ” ilə qarşılaşacaq “Proqres” növbəti transferini edib. Apasport.az saytının məlumatına görə, Lüksemburq təmsilçisi yay fasiləsində 6-cı oyunçunu heyətinə qatıb.

 

Növbəti transfer Jordan Qabrondu. 26 yaşlı cinah müdafiəçisinin son klubu Fransa Liqa 2 təmsilçisi “Quevile Rouen” olub.

 

Qeyd edək ki, “Proqres” bundan əvvəl “Differdanj”dan Yannik Bastos və Farid İkene, “Liers”dən Tim Holl, “Junnes”dən Marvin Martins və “Rasinq”dən İqor Telesi transfer etmişdi.