"Qızıl top"un yeni sahibi kim olacaq?
26.02.2025 - 14:18
"Qızıl top"un yeni sahibi kim olacaq?

İspaniya La Liqasının prezidenti Xavyer Tebas "Qızıl top"un növbəti qalibinin kimliyini indidən açıqlayıb.

Apasport.az xəbər verir ki, Xavyer Tebas 2025-ci ilin qalibinin İspaniyadan olacağını deyib:

"Qızıl top"un budəfəki qalibi İspaniyadan olacaq. Əminəm ki, növbəti qalib "Real Madrid"in hücumçusu Kilian Mbappe olacaq".

Qeyd edək ki, 2024-cü ildə "Qızıl top"u İngiltərənin "Mançester Siti" klubunun ispaniyalı yarımmüdafiəçisi Rodri qazanıb.