[b]Qol vurub tarixə düşdü[/b]
21.06.2018 - 22:59
[b]Qol vurub tarixə düşdü[/b]

Kilian Mbappe Fransa millisinin tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, DÇ-2018-in C qrupunun ikinci turu çərçivəsində keçirilən Peru ilə matçda komandasının yeganə qoluna imza atan Mbappe bununla da adını tarixə yazıdırıb.

 

Belə ki, PSJ-nin hücumçusu millidə qol vuran ən gənc oyunçu adını qazanıb. Futbolçu bunu 19 yaş 183 günlüyündə bacarıb.

 

Qeyd edək ki, bundan öncəki rekord David Trezegeyə aid idi. O, DÇ-1998-də millinin heyətində fərqlənərkən 20 yaş 246 günlüyündə olub.