[b]Qurban Qurbanovun 15 dəqiqəlik konfransı [/b]
09.07.2018 - 14:32
[b]Qurban Qurbanovun 15 dəqiqəlik konfransı

[/b]

Çempionlar Liqasının I təsnifat mərhələsində baş tutacaq “Olimpiya” - “Qarabağ” oyunundan öncə Azərbaycan çempionunun keçirəcəyi son məşq və mətbuat konfransının vaxtı açıqlanıb. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, bu, matçdan 1 gün əvvəl – iyulun 10-da reallaşacaq.

 

Həmin gün baş məşqçi Qurban Qurbanov Bakı vaxtı ilə 20:15-də media nümayəndələrinin önünə çıxacaq. Komandanın son məşqi isə 20:30-a planlaşdırılır. Həm məşq, həm də mətbuat konfransı qarşılaşmanın keçiriləcəyi “Stojitse” stadionunda olacaq. Məşqin ilk 15 dəqiqəsi azarkeşlər üçün açıq olacaq.

 

Qeyd edək ki, “Olimpiya” – “Qarabağ” matçı iyulun 11-də keçiriləcək.

0