[b]Quti “Beşiktaş”da[/b]
29.06.2018 - 22:23
Quti Hernandez “Beşiktaş”la anlaşıb. Apasport.az saytının məlumatına görə, “Real”ın əfsanəsi bundan sonra İstanbul klubunda baş məşqçinin köməkçisi olacaq.
İki illik müqaviləyə imza atan keçmiş futbolçu hər ilinə 350 min avro qazanacaq.
Qeyd edək ki, 2010-2012-ci illərdə “Beşiktaş”da oynamış Quti futbolu da 35 yaşında məhz bu klubda buraxmışdı.
0
0