Qvardiola: "Çempionlar Liqasının yeni formatını başa düşmürəm"
14.10.2024 - 11:35
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının yeni formatından razı deyil.
Apasport.az xəbər verir ki, bu barədə “Football Italia” nəşri məlumat yayıb.
“Düzünü desəm, bu dəyişiklikləri başa düşmürəm, sadəcə komandamı məşq etdirirəm. Düşünürəm ki, yeni formatla bağlı suallara yalnız mövsümün sonunda cavab verə biləcəyik”.
Qeyd edək ki, bu mövsümdən avrokubok matçları yeni formatda keçirilir. Çempionlar Liqasının Liqa mərhələsinin yekununda 36 komanda arasında ilk 8 yeri tutanlar birbaşa 1/8 finala yüksələcək. 9-24-cü sıranı tutanlar isə pley-off oynayacaq.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0