Qvardiola: “Foden xüsusi futbolçudur”
02.12.2025 - 19:50
Qvardiola: “Foden xüsusi futbolçudur”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola komandanın yarımmüdafiəçisi Fil Foden barədə fikirlərini bölüşüb.

Apasport.az xəbər verir ki, ispaniyalı mütəxəssis 24 yaşlı futbolçunun xüsusi oyunçu olduğunu dilə gətirib:

“Ümid edirəm ki, karyerasının sonuna qədər burada qala bilər. O, xüsusi futbolçudur. Akademiyaya gəldiyi gündən "Mançester Siti" azarkeşi olub, buna heç bir şübhə yoxdur. Kapitanlıq məsələsinə gəlincə, əgər özü istəsə, əlbəttə ki, kapitan ola bilər. Meydanda həmişə liderdir. Paltardəyişmə otağında çox danışan biri deyil, amma meydanda heç vaxt kənarda qalmır. İlk gündən məsuliyyəti öz üzərinə götürüb və meydanda inanılmaz xarizmaya malikdir”.

Qeyd edək ki, Fil Foden bu mövsüm bütün turnirlərdə 17 matçda 6 qol vurub və 3 məhsuldar ötürmə edib.