Qvardiola zədəli oyunçuların son durumu haqda məlumat verdi
12.04.2024 - 22:20
Qvardiola zədəli oyunçuların son durumu haqda məlumat verdi

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Luton Taun"la oyun haqda danışıb.

Apasport.az xəbər verir ki, ispaniyalı mütəxəssis heyətində olan problemlərdən danışıb:

"Zədəli müdafiəçilərə görə bizi ciddi mübarizə gözləyir. Belə vəziyyətdə heç kimə istirahət verə bilmərik. Rodri bizim üçün çox vacibdir, bunu özünüz görə bilərsiniz. Gəlin bununla necə məşğul olacağımıza baxaq. Ederson qayıtdı və oynamağa hazırdır”.

Sabah, aprelin 13-də İngiltərə Premyer Liqasının 33-cü turu çərçivəsində "şəhərlilər" doğma meydanda "Luton Taun"u qəbul edəcək. Hakimin start fiti Bakı vaxtı ilə saat 18:00-da səslənəcək. 

0