[b]Qvardiolaya sürpriz təklif: Yenidən Messi ilə...[/b]
04.07.2018 - 17:10
[b]Qvardiolaya sürpriz təklif: Yenidən Messi ilə...[/b]

Argentina Futbol Federasiyası (AFF) dünya çempionatındakı uğursuz çıxışdan sonra baş məşqçi Xorxe Sampaoli ilə yollarını ayırmağa çalışır. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, cənubi amerikalılar bu posta artıq namizəd tapıblar.

 

Belə ki, AFF yığmanın baş məşqçisi vəzifəsini “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiolaya tapşırmaq niyyətindədi. İspaniyalı mütəxəssisin millinin kapitanı Lionel Messi ilə dostluğunu nəzərə alan federasiya bundan yararlanaraq, Qvardiolanı razı salmağa çalışır. Argentinalılar “Mançester Siti” ilə müqavilə müddəti 2021-ci ilə qədər olan 47 yaşlı mütəxəssisə ilinə 12 milyon dollar maaş olmaqla 4 illik müqavilə təklif etməyə hazırlaşırlar.

 

Qeyd edək ki, Pep Qvardiola “Barselona”da çalışdığı zaman Dieqo Armando Maradona ilə söhbət zamanı gələcəkdə Argentina yığmasını çalışdırmağa müsbət baxdığını vurğulamışdı.

0