Rakitski tarixə düşdü
05.10.2023 - 10:22
Rakitski tarixə düşdü

Yaroslav Rakitski adını Ukrayna futbol tarixinə yazdırıb.

Apasport.az xəbər verir ki, "Şaxtyor"un müdafiəçisi Çempionlar Liqasının “Antverpen”lə qarşılaşmasında qol vurub.

Bununla da  arxa xətt oyunçusu 34 yaş 62 günlüyündə fərqlənərək turnirin tarixində qol vuran ən yaşlı ukraynalı olub. O, 33 yaş 36 gündə rəqib qaqpısına yol tapan əfsanəvi Andrey Şevçenkonun rekordunu yeniləyib.

Qeyd edək ki, səfərdə Belçika təmsilçisi “Antverpen”i 3:2 hesabı ilə məğlub edən Donetsk “Şaxtyor”u qrupda ilk qələbəsini qazanıb.

0