[b]Ramil Şeydayev “Trabzonspor”a qayıtdı[/b]
27.06.2018 - 09:40
[b]Ramil Şeydayev “Trabzonspor”a qayıtdı[/b]

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev “Trabzonspor”a dönüb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, gənc forvard komandasının düşərgəsinə qoşulub.

 

Ötən mövsümü icarə əsasında “Qarabağ”da keçirən Ramilin Avstriya klubu “Mattersburq”la anlaşması gözlənilir. Ancaq o, dünən təlim-məşq toplanışına start verən “Trabzonspor”un məşqinə qatılıb. Şeydayevlə yanaşı, ötən mövsümü icarə əsasında “Karabükspor”da keçirən Luis İbanyez də ilk məşqdə iştirak edib.

 

Ancaq həmkarlarımız bu iki oyunçunun gələcək taleyi ilə bağlı hələ qərar verilmədiyini vurğulayıb.