Ramos Meksikada debüt qolunu vurub
03.03.2025 - 09:37
Ramos Meksikada debüt qolunu vurub

"Monterrey"in mərkəz müdafiəçisi Serxio Ramos Meksikada debüt qolunu vurub.

Apasport.az xəbər verir ki, 38 yaşlı futbolçu bu gün "Santos Laquna" ilə keçirilən matçda fərqlənib.

Serxio Ramosun Meksika çempionatında ilk qolu

İspaniyalı futbolçu 57-ci dəqiqədə hesabı 2:1 edib. Ulduz müdafiəçi final fitinə qədər oynayıb. Bu, Serxio Ramosun "Monterrey"də forma geyindiyi 2-ci matç idi.

Ramosun Meksikaya keçidi

Xatırladaq ki, “Real Madrid”in sabiq kapitanı fevralın əvvəlində Meksika təmsilçisinin heyətinə qoşulmuşdu. 

"Monterrey" – "Santos Laquna" oyununun xülasəsi

Qeyd edək ki, "Monterrey" - "Santos Laquna" matçı 4:2 ev sahiblərinin xeyrinə başa çatıb.