Səudiyyə Ərəbistanı biznesmenləri Avropanın daha bir klubunun səhmlərini almaq niyyətindədir.
Apasport.az saytının məlumatına görə, “Nyukasl”dan sonra indi də İtaliya çempionu “İnter” sahibini dəyişməyə hazırlaşır.
Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salmanın dəstəklədiyi bir investisiya fondu “neradzurra”nı almaq üçün müraciət edib. “İnter”in çinli sahiblərinin isə böyük maliyyə problemləri var və bu səbəbdən yayda Əşrəf Hakimi, Romelu Lukaku kimi aparıcı oyunçular satılıb. Həmçinin baş məşqçi Antonio Konte də çempion olduqdan sonra transferlərə az büdcə ayırıldığı üçün klubu tərk edib.
Uzunmüddətli perspektivdə hazırkı vəziyyət “İnter” üçün etibarlı sayılmır və klubun səhmlərinin 2022-ci ildə satılması nəzərdən keçirilir.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər