“Real” futbolçularına qiymət qoydu
28.06.2022 - 00:00
“Real” futbolçularına qiymət qoydu

İspaniya “Real”ının satmaq istədiyi futbolçulardan qazanmaq istədiyi məbləğ bəlli olub.

Apasport.az saytının məlumatına görə, İspaniya klubu Marko Asensio və Dani Sebalyosun transferindən 50 milyon avroya yaxın vəsait əldə etməyi planlaşdırır.

Hər iki oyunçunun müqaviləsi 2023-cü ilin yayında başa çatacaq. Onlarla yeni anlaşma imzalanmadığından Madrid təmsilçisi bu futbolçuları satmaq niyyətindədir.

“Real” rəhbərliyi Asensioya görə 30-35 milyon almaq fikrindədir. Sebalyos üçün isə 12-15 milyon istənilir.

Qeyd edək ki, futbolçular da daha çox oyun praktikası qazanmaq üçün klubunu dəyişməyə hazırdır.
 

0