"Real Madrid" forvardını 120 milyon avroya satmaq istəyir
12.03.2024 - 17:54
"Real Madrid" forvardını 120 milyon avroya satmaq istəyir

Hücumçu Rodriqo bu yay "Real Madrid"i tərk edə bilər.

Apasport.az xəbər verir ki, Kilian Mbappenin Madrid klubuna transferi braziliyalı üçün oyun şansının azalması deməkdir.

PSJ, "Mançester Yunayted" və "Çelsi" Rodriqo ilə ciddi maraqlanır.

"Real Madrid" braziliyalını azı 120 milyon avroya satmağa razıdır.

23 yaşlı forvard 2023/2024 mövsümündə 40 matça çıxıb, 13 qol vurub və 8 məhsuldar ötürmə edib. 

0