"Real Madrid" "Mançester Siti"nin yarımmüdafiəçisi Rodrinin transferi üçün ilk rəsmi addımı atıb.
Apasport.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin iddiasına görə, klublar arasında şifahi danışıqlara start verilib. Bildirilir ki, uzun müddət bağlı qalan transfer dosyesinin yenidən açılmasına "Real Madrid"in prezidenti Florentino Peres razılıq verib.
Madrid təmsilçisinin İspaniya millisinin üzvü üçün 50 milyon avrodan çox vəsait ödəməyə hazır olduğu vurğulanıb.
Qeyd edək ki, Rodrinin "Mançester Siti" ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə