“Real Madrid” türk qapıçı ilə maraqlanır
17.04.2024 - 13:14
“Real Madrid” türk qapıçı ilə maraqlanır

La Liqa təmsilçisi “Real Madrid” “Trabzonspor”un gənc futbolçusu Onuralp Çevikkanla maraqlanır.

Apasport.az xəbər verir ki, "Trabzonspor" un "Altınordu"dan 700 min avroya transfer etdiyi qapıçının adı bir müddətdir “kral klub"u ilə hallanır.

“Transfermarkt” portalı futbolçunun dəyərini 700 min avro olaraq qiymətləndirir.

Xatırladaq ki, cari mövsüm Super Liqada 5, Türkiyə Kubokunda isə 1 matçda heyətdə yer alan Onuralp Çevikkan hələ də əsas komandada oynaya bilməyib.

Qeyd edək ki, “Trabzonspor”un U19 komandasının 18 yaşlı qolkiperi 8 matçda 9 qol buraxıb, 2 oyunda isə qapısını toxunulmaz saxlayıb.

0
La Liqa Real Madrid Real Trabzonspor Onuralp Çevikkan