"Real Madrid" yarımmüdafiəçisi ilə yollarını ayıra bilər
18.11.2024 - 10:36
"Real Madrid"in yarımmüdafiəçisi Dani Seballos komandasını dəyişə bilər.
Apasport.az xəbər verir ki, 28 yaşlı futbolçu bu mövsüm çox az oyunda çıxış edib.
Bu səbəbdən onun komandasından ayrılacağı ehtimal edilir. Yarımmüdafiəçinin yenidən "Real Betis"ə qayıtmaq imkanı var.
Seballos bu mövsüm "Los Blancos"un heyətində cəmi 6 oyunda meydana çıxıb.
"Transfermarkt" portalı ispaniyalının transfer dəyərini 4 milyon avro olaraq qiymətləndirir. Yarımmüdafiəçinin "Real"la müqaviləsi 2027-ci ilə qədərdir.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0