"Real Madrid"də ayın ən yaxşı oyunçusu müəyyənləşib
14.02.2025 - 22:59
!["Real Madrid"də ayın ən yaxşı oyunçusu müəyyənləşib](https://apasport.az/storage/news/2025/february/14/big/67af9393acfd667af9393acfd7173955982767af9393acfcb67af9393acfd5.jpeg)
"Real Madrid"in hücumçusu Kilian Mbappe komandasının heyətində yanvar ayının ayının ən yaxşı oyunçusu seçilib.
Apasport.az xəbər verir ki, bu barədə "Real Madrid"in rəsmi sosial şəbəkə hesabında paylaşım edilib.
Yanvarda Mbappe bütün turnirlərdə keçirilən 9 oyunda 8 qol vurub.
Qeyd edək ki, Fransa millisinin üzvü bu mövsüm "kral klubu"nun heyətində meydana çıxdığı 36 rəsmi matçda 23 qol, 3 assistlə yadda qalıb.
0
0