"Real Madrid"in növbəti iki transfer hədəfi məlum olub
28.05.2025 - 09:57
"Real Madrid"in növbəti iki transfer hədəfi məlum olub

"Real Madrid" yeni mövsümdə yarımmüdafiə xəttini gücləndirmək istəyir.

Apasport.az "Marca"ya istinadla xəbər verir ki, "Real Madrid" eyni anda 2 yarımmüdafiəçi transferi planlaşdırıb.

"Kral klubu" "Komo"dan Nikolas Paz və "Ştutqart"dan Angelo Stilleri transfer etmək qərarına gəlib.

İddialara görə, Stilleri şəxsən Toni Kroos tərəfindən "Real"a tövsiyə olunub.

Qeyd edək ki, "Real" bu mövsümü ikinci olaraq başa vurub.