[b]“Real” onu da göndərdi[/b]
28.07.2018 - 21:18
[b]“Real” onu da göndərdi[/b]

Madrid “Real”ı daha bir futbolçusunu yola salıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Kriştianu Ronaldodan sonra müdafiəçi Teo Ernandes də klubunu dəyişib.

 

“Kral klubu” ötən mövsüm əsasən ehtiyata məhkum olan 21 yaşlı sol cinah oyunçusunu icarəyə verib. Belə ki, fransalı qarşıdakı mövsümü icarə əsasında “Real Sosyedad”da keçirəcək. Klublar arasında danışıqlar artıq müsbət yekunlaşıb. Keçid yaxın günlərdə rəsmiləşəcək.

 

Qeyd edək ki, Teo Ernandes “Real”a ötən il “Atletiko”dan keçib.

0