“Real” onu gözləyir
28.01.2023 - 17:03
“Real” onu gözləyir

“Real” Nqolo Kanteni heyətinə qatmağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, İspaniya nəhəngi fransalı yarımmüdafiəçi ilə yayda müqavilə imzalamaq istəyir.

Kantenin “Çelsi” ilə anlaşması mövsümün sonunda başa çatacaq. Madridlilər onu azad agent kimi heyətinə qatmaq fikrindədir.

Qeyd edək ki, “Real” Dortmund “Borussiya”sından Cud Bellingemi də almaq istəyir.

0