[b]“Real” qapıçı alır[/b]
15.07.2018 - 12:49
[b]“Real” qapıçı alır[/b]

Kristiano Ronaldonu “Yuventus”a satan “Real” transferdəki susqunluğunu pozmaq istəyir. Apasport.az saytının məlumatına görə, madridlilər dünya üçüncüsü olan Belçikanın iki futbolçusuna elçi düşüb.

 

“Çelsi”də çıxış edən hər iki oyunçunun – Eden Azar və Tibo Kurtuanın yaxın zamanda ünvanını Madridə dəyişəcəyi gözlənilir. “AS” nəşrinin iddiasına görə, artıq qapıçı Kurtua ilə anlaşma əldə edilib.

 

Hətta “Çelsi” də bu keçidə mane olmaq niyyətində deyil. “Zadəganlar” Tibonun qarşılığında 50 milyon avro tələb etsə də, “Real” işi 40 milyona başa çatdırmaq üzrədir.

 

Oyunçunun özü isə 5 illik anlaşma qarşılığında ilinə 11 milyon qazancaq.

 

Qeyd edək ki, daha əvvəl Azar da “Çelsi”dən ayrılmaq istədiyini bildirmişdi.

0