[b]“Real” Ronaldonun transferinə razılıq verəcək[/b]
06.07.2018 - 12:31
[b]“Real” Ronaldonun transferinə razılıq verəcək[/b]

Kriştianu Ronaldo “Real” rəhbərliyinə bu yay “Yuventus”a keçmək istədiyini bildirib. Apasport.az saytının “Sky Sports”a istinadən məlumatına görə, portuqaliyalı futbolçu karyerasını Turin klubunda davam etdirməkdə qərarlıdı. “Real” isə öz növbəsində, 9 uğurlu mövsümün ardından Ronaldonun ayrılmasına izin vermək niyyətindədi.

 

“Dünən gecə “Real” rəsmiləri və Ronaldonun təmsilçiləri arasında görüşdə rəhbərliyə futbolçunun ayrılmaq istədiyi yönündə məlumat verilib. Onun etmək istədiyi tək şey budu. Situasiyanı anlayışla qarşılayan “Real” 100 milyon avro qarşılığında transferə razılıq verəcək. “Yuventus” Ronaldoya 4 illik müqavilə daxilində mövsüm başına 30 milyon avro ödəməyə hazır olduğunu agent Xorxe Mendeşin diqqətinə çatdırıb” – deyə, məşhur idman jurnalisti Gilyem Balage yazısında qeyd edib.

 

Ronaldonun agenti Mendeş isə “Record” qəzetinə açıqlamasında deyib: “Transfer baş tutacağı təqdirdə Ronaldo üçün yeni mərhələ başlayacaq. Ronaldo kluba, prezidentə, direktorlara, tibbi heyətə, dünyadakı “Real” azarkeşlərinə, bir sözlə, hamıya sonsuza qədər minnətdar olacaq”.

 

“Yuventus”un direktoru Cuzeppe Marotta isə mövzu barədə danışmaqdan imtina edib.

0