[b]"Real" tarixinin ən yaxşı oyunçusu Rauldu"[/b]
26.07.2018 - 16:15
[b]"Real" tarixinin ən yaxşı oyunçusu Rauldu"[/b]

“Real”ın müdafiəçisi Daniel Karvaxal maraqlı açıqlamaları ilə yadda qalıb. Apasport.az saytının “As”a istinadən məlumatına görə, o, Raulun klub tarixinin ən yaxşı futbolçusu olduğunu deyib.

 

“Real” tarixinin ən yaxşı oyunçusu Rauldu. Mənim üçün o, çox böyük anlam ifadə edir. Raul akademiyanın məzunu idi. Cəhdləri, çox çalışması sayəsində hər şeyi əldə etmişdi. Sürətli futbolçu olmasa da, həmişə düzgün formada oynayardı. Mənə görə, o, ən yaxşıdı” – deyə, Karvaxal bildirib.

 

Raul 1994-2010-cu illər aralığında “Real” formasını geyinib. Bu müddət ərzində o, 741 matçda meydana çıxıb və 323 dəfə rəqib qapılarına yol tapıb. İspan hücumçu komanda ilə birlikdə üçü Çempionlar Liqası olmaqla, ümumilikdə 16 titul qazanıb.

0