"Real"da itki: "Vilyarreal" ilə oyunu buraxacaq
17.01.2026 - 18:28
İspaniya La Liqasında "Real Madrid" – "Levante" qarşılaşmasında madridlilərin yarımmüdafiəçisi Aurelien Tçuameni sarı vərəqə alıb.
Apasport.az xəbər verir ki, ilk hissədə cəzalanan fransız futbolçu üçün bu, cari La Liqa mövsümündə beşinci sarı vərəqə olub. Nəticədə Tçuameni cəza səbəbindən növbəti turu buraxmalı olacaq.
Beləliklə, yarımmüdafiəçi La Liqada "Vilyarreal"la səfər matçında “Real Madrid”ə kömək edə bilməyəcək. Qarşılaşma yanvarın 24-də baş tutacaq.
- Salah matçın ən yaxşısı seçildi - Misir 1/8 finala yüksəldi
- Alfaro Fransanı tufana bənzətdi - “İldırımdan necə qorunacağımızı tapmalıyıq”
- Fatih Tekke Buaddiyə heyran qaldı - Qiymətini görüb zarafata saldı
- UEFA-dan yeni qərar - Ağzını bağlayan futbolçu qırmızı almayacaq
- Onana yenidən Türkiyə klubunda - “Mançester Yunayted” açıqladı
0
0