“Real”dan Ruben Diaş həmləsi: RAZILIQ ƏLDƏ OLUNDU
25.06.2026 - 13:35
“Mançester Siti”nin müdafiəçisi Ruben Diaş karyerasını İspaniyada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, Portuqaliya millisinin üzvü ilə “Real” maraqlanır.
Madrid təmsilçisi 29 yaşlı mərkəz müdafiəçisini heyətinə qatmaq istəyir. Diaşın da “Real”a keçidə müsbət yanaşdığı bildirilir.
Bununla belə, “Mançester Siti” futbolçunu satmaq niyyətində deyil. İngiltərə klubu əsas müdafiəçilərindən birini komandada saxlamağa çalışır.
Qeyd edək ki, Diaşın “Mançester Siti” ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0