“Real”ın gənc müdafiəçisi “Fiorentina”ya keçdi
31.07.2026 - 21:56
“Fiorentina”nın heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Florensiya təmsilçisi Madrid “Real”ının mərkəz müdafiəçisi Viktor Valdepenyası transfer edib.
19 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Məlumata görə, transferin məbləği 8 milyon avro təşkil edib. Razılaşmaya əsasən, “Real” oyunçunun növbəti satışından əldə olunacaq məbləğin 50 faizinə sahib olacaq. Bundan başqa, Madrid klubu qarşıdakı üç mövsüm ərzində futbolçunu geri almaq hüququnu da özündə saxlayıb.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0