[b]"Real"ın Hames arzusu ürəyində qaldı[/b]
13.07.2018 - 18:45
[b]"Real"ın Hames arzusu ürəyində qaldı[/b]

“Real” “Bavariya”da icarə əsasında çıxış edən yarımmüdafiəçisi Hames Rodrigesi vaxtından öncə komandaya qaytara bilməyəcək. Apasport.az saytının “Bild”ə istinadən məlumatına görə, sazişdə göstərilən, kolumbiyalı futbolçunun 2019-cu ildə müqavilə haqlarının satın almasına dair bənd Madrid klubunun əl-qolunu bağlayır.

 

“Hamesin agenti yenidən “Marca” ilə oyun oynayır” – “Bild” jurnalisti Kristian Falk son günlər “Real”ın xavbeki geri qaytaracağına dair çıxan xəbərləri belə şərh edib.

 

Qeyd edək ki, 26 yaşlı oyunçu 2017-ci ildən bəri icasə əsasında “Bavariya”da çıxış edir. Hames bu müddət ərzində rəqib qapılarına 7 dəfə yol tapıb.

0