"Real"ın Kroos israrı
23.02.2024 - 15:44
"Real"ın Kroos israrı

Madrid “Real”ı Toni Kroosun komandada qalmasını istəyir.

Apasport.az xəbər verir ki, “kral klubu” 34 yaşlı yarımmüdafiəçiyə yeni müqavilə təklif etməyə hazırlaşır.

Klub rəhbərliyi almaniyalını növbəti mövsümdə də komandada aparıcı futbolçu olacağına inandırmağa çalışır. Futbolçunun yekun qərarını mövsümün sonunda verəcəyi bildirilir.

Qeyd edək ki, 2014-cü ildən Madrid klubunun şərəfini qoruyan Kroos bu mövsüm 33 matçda 1 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

0