Reşford İngiltərəyə qayıda bilər
06.12.2025 - 17:26
İcarə əsasında "Barselona"da çıxış edən Markus Reşford Premyer Liqaya qayıda bilər.
Apasport.az xəbər verir ki, "Arsenal" ingiltərəli vingeri transfer etmək istəyir.
Bu barədə "Caught Offside" yayıb.
London təmsilçisi müqavilə ilə "Mançester Yunayted"ə məxsus olan Reşfordu yayda heyətinə qatmağı planlaşdırır.
Qeyd edək ki, Markus Reşford mövsümün əvvəlində "Barselona"ya keçib. 28 yaşlı futbolçu Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 19 rəsmi matçda 6 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
- UEFA-dan bəyanat – Təhlükəsizliyə cavabdeh deyilik
- Gürcüstan Futbol Federasiyasına haker hücumu – “Fələstinə azadlıq”
- “Mançester Siti”yə qarşı sərt tələb – Klubun satılmasını istəyirlər
- Batumidə saxlanılan 16 “Beşiktaş” azarkeşi sərbəst buraxılıb
- Dünən Vinisius, bu gün Arda – Mourinyodan müzakirələrə cavab
0
0