[b]Reynaldo, Sadiqov, Dabo[/b]
13.07.2018 - 11:00
[b]Reynaldo, Sadiqov, Dabo[/b]

Azərbaycan klublarının avrokuboklardakı bombardirləri cədvəlində dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, Baqali Dabo 5 və daha çox qol vuran oyunçular siyahısına qoşulub.

 

“Qəbələ”də 3 qol sevinci yaşayan hücumçu “Neftçi”nin “Uypeşt”lə Avropa Liqasının I təsnifat mərhələsindəki qarşılaşmasında dubla imza atıb. Bununla da Dabo 8-ci yerə şərik olan 7 futbolçudan birinə çevrilib.

 

Baqali Julius Vobay, Vüqar Nadirov, Teo Uiks, Rauf Əliyev, Dino Ndlovu və Miçelə çatıb. Ən çox qol vuran futbolçu isə Reynaldo Silvadı. Braziliyalının hesabında 11 top var.

 

1

Reynaldo Silva

11

2

Rəşad Sadiqov

8

3-5

Rəşad Sadıqov

7

 

Riçard Ameyda

7

 

Əfran İsmayılov

7

6-7

Baçana Sxadadze

6

 

Sergey Zenyov

6

8-14

Julius Vobay

5

 

Vüqar Nadirov

5

 

Teo Uiks

5

 

Rauf Əliyev

5

 

Dino Ndlovu

5

 

Miçel

5

 

Baqali Dabo

5

 

 

0