[b]Robert Prosineçki “Qarabağ”ın toplanışında[/b]
28.06.2018 - 01:41
[b]Robert Prosineçki “Qarabağ”ın toplanışında[/b]

Milli komandamızın keçmiş baş məşqçisi Robert Prosineçki “Qarabağ”ı ziyarət edib. Apasport.az saytının məlumatına görə, xorvatiyalı mütəxəssis Ağdam klubunun Avstriyadakı təlim-məşq toplanışına qonaq gəlib.

 

O, klubun keçmiş qapıçısı İbrahim Şehiçlə birlikdə oyunçularla görüşüb, Qurban Qurbanov, Rəşad Sadıqov və digər klub üzvləri ilə birlikdə çay masasında əyləşib.