[b]“Roma” hücumçusunu göndərdi[/b]
27.07.2018 - 16:38
[b]“Roma” hücumçusunu göndərdi[/b]

“Roma” hücumçusu Qrequar Defreli yola salıb. Apasport.az-ın “Sampdoriya”nın saytına istinadən məlumatına görə, fransalı hücumçu karyerasını bu klubda davam etdirəcək.

 

Belə ki, “Sampdoriya” 27 yaşlı oyunçunu icarəyə götürüb. Onun icarə müddəti birillik olacaq. “Sampdoriya” gələn yay onu birdəfəlik transfer etmək hüququna malik olacaq.

 

Qeyd edək ki, Qrequar Defrel “Roma”ya ötən il 15 milyon avroya “Sassuolo”dan keçib.

0