"Roma" kapitanı ilə müqavilə imzalayacaq
11.01.2026 - 11:45
İtaliyanın "Roma" klubu kapitanı Brayan Kristantenin müqaviləsinin müddətini uzadacaq.
Apasport.az yerli mətbuata istinadən xəbər verir ki, 30 yaşlı futbolçunun yeni sözləşməsi 2029-cu ilin yayınadək nəzərdə tutulacaq.
Tərəflər artıq razılığa gəliblər və qərar tezliklə açıqlanacaq.
Yarımmüdafiəçi cari mövsüm 23 matçda bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Brayan Kristante 2019-cu ildən "Roma"da çıxış edir.
- MLS klubundan ulduz həmləsi - Levandovskidən sonra Qoretska
- Taremidən DÇ narazılığı: "Birlik və mehribanlıq hiss etmirəm"
- Şenol Günəşdən etiraf: "Deyirlər, get, nəvələrinlə oyna"
- Əfsanələr matçı: “Real” “İnter”i məğlub etdi - Emre də meydana çıxdı
- Qakpo üçün 70 milyonluq təklif - Nəhənglər də onu istəyir
0
0