"Roma" məşhur qapıçı ilə yollarını ayıra bilər
19.02.2024 - 13:19
"Roma" məşhur qapıçı ilə yollarını ayıra bilər

36 yaşlı portuqaliyalı qapıçı Rai Patrisio bu mövsümün sonunda "Roma"dan ayrıla bilər.

Apasport.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira sosial şəbəkə hesabında məlumat verib.

Təcrübəli futbolçunun müqaviləsi gələn ilin yayında başa çatır.

İtaliya komandası üçün Patrisio bütün turnirlərdə 129 oyun keçirib və 134 qol buraxıb. Portuqaliyalı 48 qarşılaşmada qapını toxunulmaz saxlayıb.
 

0