“Roma” yeni transferini açıqlayıb
23.01.2025 - 22:26
İtaliya A Seriyası komandalarından "Roma" heyətini gücləndirməyə davam edir.
Apasport.az xəbər verir ki, klub “Ayaks”dan Devay Rensxi transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında razılaşmaya əsasən “Roma” oyunçu üçün qarşı tərəfə 5 milyon avro ödəniş edib.
Niderlandlı futbolçu yeni komandasında “2” nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, müdafiəçi bu mövsüm “Ayaks”ın heyətində iştirak etdiyi 26 rəsmi matçda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- Suzuki uğrunda yarış: PSJ və "Yuventus"
- "Arsenal"dan Vinisiusa rekord təklif – Bütün imkanlar səfərbərdir
- "Türkiyənin ən böyük klubu bizik" – İlkay Gündoğandan iddialı açıqlamalar
- "Qalatasaray" Reyndersi izləyir – "Mançester Siti" bu halda buraxacaq
- Kastro "Roma"ya, Dovbik "Bolonya"ya: 35 milyonluq transfer
0
0