"Roma"da ciddi itki
15.02.2025 - 13:51
!["Roma"da ciddi itki](https://apasport.az/storage/news/2025/february/15/big/67b0652801c4167b0652801c42173961348067b0652801c2f67b0652801c40.jpg)
“Roma”nın hücumçusu Paulo Dibala Avropa Liqasının pley-off mərhələsində “Portu” ilə matçda (1:1) zədələnib.
Apasport.az xəbər verir ki, argentinalı forvard birinci hissənin sonunda əvəzlənib. Onun zədəsinin ciddiliyi hələlik məlum deyil.
Dibala 2022-ci ildə “Yuventus”dan azad agent kimi paytaxt komandasının sıralarına qoşulub. O, bu mövsüm 29 matçda iştirak edib, 6 qol vurub və 3 məhsuldar ötürmə verib.
31 yaşlı forvardın “Roma” ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub və onun bazar dəyəri 8 milyon avro qiymətləndirilir.
0
0