Ronaldo Çempionlar Liqası matçını buraxacaq
15.09.2024 - 16:04
“Əl-Nəssr”də ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, komandanın kapitanı Kriştiano Ronaldo Asiya Çempionlar Liqasının “Əl-Şorta” ilə matçını buraxacaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 39 yaşlı hücumçuya virus infeksiyası diaqnozu qoyulub.
Komandanın həkimi onun istirahətə ehtiyacı olduğunu bildirib. Ronaldo bu gün komanda ilə İraqa yollanmayacaq.
- İlin ən yaxşı məşqçisi seçilib - Qvardiola 3-cü olub
- Joze Mourinyo hakimlik haqda: ”Belə bir şey görməmişəm”
- Arda Turan "Beşiktaş"a keçidi ilə bağlı: “Həmişə Qalatasaray”lı olduğumu söyləmişəm”
- Duşan Tadiç: "Kişi kimi məsuliyyəti boynumuza götürməliyik"
- “Ankaragücü” baş məşqçisi ilə yollarını ayırıb
1
0