Ronaldo Messidən öndədir
03.04.2024 - 10:58
![Ronaldo Messidən öndədir](https://apasport.az/storage/news/2024/april/03/big/660cee34bbea1660cee34bbea21712123444660cee34bbe9e660cee34bbea0.jpg)
“Əl-Nəsr”ın ulduz hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının 26-cı turunun “Abha” (8:0) komandası ilə matçda 3 qol vurub.
Apasport.az xəbər verir ki, bu, Kriştianonun klub səviyyəsində 65-ci het-trikidir.
39 yaşlı portuqaliyalı hücumçu hazırda Amerikanın "İnter Mayami" klubunda çıxış edən argentinalı Lionel Messidən 8 dəfə çox het-trik edib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı çempionatının cari mövsümündə Ronaldo 24 oyun keçirib, 29 qol vurub və 10 məhsuldar ötürmə edib.
0
0