Ronaldo Nazario “Messinyo” ləqəbli Estevan Vilian haqqında danışıb.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu "Palmeyras"ın gənc ulduzunun gələcəyinin parlaq olacağını bildirib:
“Estevan tezliklə dünya ulduzuna çevriləcək. 17 yaşı olmasına baxmayaraq, o, çox perspektivli futbolçudur. Düşünürəm ki, Vilian klublararası dünya çempionatında “Palmeyras”ın heyətində çıxış etdikdən dərhal sonra, “Çelsi”yə keçəcək”.
Avropanın bir çox klubu “yeni Messi” ilə maraqlansa da, futbolçu “Çelsi”yə keçməyə qərar verib.
Yayda baş tutacaq transfer üçün londonlular qarşı tərəfə 34 milyon avro ödəniş etməli olacaq.
Xatırladaq ki, Estevan “Palmeyras”ın heyətində çıxış etdiyi 45 rəsmi matçda 15 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”