Ronaldo millinin oyununu buraxacaq
03.06.2024 - 14:37
Ronaldo millinin oyununu buraxacaq

"Əl-Nəsr"in hücumçusu Kristiano Ronaldo Portuqaliyanın Finlandiya ilə qarşıdakı oyununda iştirak etməyəcək.

Apasport.az xəbər verir ki, millinin məşqçilər korpusu 39 yaşlı hücumçuya Səudiyyə Ərəbistanında mövsüm başa çatdıqdan sonra ona əlavə istirahət verib.

Xatırladaq ki, Portuqaliya - Finlandiya yoxlama oyunu iyunun 4-də keçiriləcək.

Portuqaliya millisi daha sonra Xorvatiya və İrlandiya ilə yoxlama görüşünə çıxacaq. 

 

0