[b]Ronaldo “Real”dan ayrılmağa hazırdı[/b]
05.07.2018 - 10:57
[b]Ronaldo “Real”dan ayrılmağa hazırdı[/b]

“Real”ın hücumçusu Kriştianu Ronaldonun agenti Jorje Mendeş klub prezidenti Florentino Peres və baş direktor Xose Anxel Sançeslə görüşüb. Apasport.az saytının “El Chiringuito”ya istinadən məlumatına görə, onlar klubdakı vəziyyətindən narazı olan portuqaliyalı futbolçunun gələcəyinə dair müzakirələr aparıblar.

 

Ronaldo Mendeşə artıq yorulduğunu və klubla əlavə danışıqlara getmək istəmədiyini bildirib. 33 yaşlı ulduz 100 milyon avro sərbəst qalma məbləği qarşılında Madrid klubunu tərk etməyə hazırdı.

 

Daha öncə “Yuventus”un Ronaldoya illik 30 milyon avro məvacib təklif etməyə hazır olduğuna dair xəbərlər yayılmışdı. Həmçinin son məlumatlara görə, Kriştianu artıq Turində ev axtarışlarına başlayıb.

0